Ukrayna Gömrük Xidmətinin rəhbərliyi işdən azad edilib.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.
Bildirilib ki, xidmətin rəhbəri Vyaçeslav Demçenko, həmçinin onun iki müavini Aleksandr Şutsk və Ruslan Çerkassk vəzifələrindən kənarlaşdırılıblar.