“Rusiya ABŞ və Qərbin simasında şeytan koalisiyasına açıq şəkildə meydan oxuyan yeganə ölkədir…”
“Müraciətdə xüsusi hərbi əməliyyatın gedişi, sanksiyalar və energetika mövzularına toxunulacaq…”
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətinin gedişində sensasion bəyanatlar verə bilər. Bu, fevralın 20-21-də baş verə bilər.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış politoloq Sergey Markov qanunverici orqanlarda mənbələrə istinadən HCH nəşrinə müsahibəsində bəyan edib.
“Güman edirəm ki, söhbət xüsusi hərbi əməliyyatın gedişindən, bütün cəmiyyətin qələbə üçün səfərbərlik edilməsindən gedəcək”, – Markov deyib.
O, güman edib ki, Rusiya dövlətinin rəhbəri icra edilənlərə qiymət verəcək və gələcək vəzifələrdən danışacaq.
“Qələbə naminə insanların işləməyə hazır olması, hər bir kəsin səfərbər olunması lazımdır”, – Markov deyib.
Onun sözlərinə görə, hamının cəbhədə olması vacib deyil, lakin insanlara, hərbi qulluqçuların ailələrinə, qaçqınlara yardım göstərmək lazımdır.
Politoloq həm də güman edib ki, Putin “iqtisadi, sosial sahə və mədəniyyət sektorunun hərbi səfərbərliyinin” zəruriliyini səsləndirə bilər.
“Xüsusi hərbi əməliyyata qarşı çıxanlar mədəni sahədən xaric edilməlidir”, – Markov vurğulayıb.
Markov hesab edir ki, Putin hakimiyyət orqanları qarşısında duran yeni vəzifələrdən danışacaq, bu mənada ki, Rusiya “ABŞ və Qərb ölkələrinin simasında dünya şərinə, necə deyərlər, şeytan koalisiyasına açıq şəkildə meydan oxuyan yeganə ölkə” olub.
Politoloq Yevgeni Minçenkonun fikrincə, müraciətin son formatının döyüş əməliyyatları zonasında qeyri-müəyyənlik səbəbindən səsləndiriləcəyi müddətlər təsdiq edilməyib.
“Federal Məclisə müraciət hər şeydən öncə elitaya yönələn siqnal və fəaliyyət planıdır. Hazırda müraciətin səsləndiriləcəyi müddətlər bir qədər tezləşdirilir, çünki xüsusi hərbi əməliyyatın cəbhələrində vəziyyət sonadək müəyyən deyil. Mümkündür ki, müraciətin hazırlanmasının fəallaşması hansısa yeni məlumatın əldə edilməsi ilə bağlıdır”, – Minçenko “Moskovski komsomolets” nəşrinə müsahibəsində deyib.
Nəşrin sorğu keçirdiyi politoloqlar bəyan edib ki, hər şeydən göründüyü kimi, müraciətdə üç başlıca mövzu-hərbi əməliyyatların gedişi, sanksiyalar və energetika mövzuları səsləndiriləcək.