“Beşiktaş” beş futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” beş futbolçu ilə yollarını ayırıb.

Qol.az-ın “ntvspor”a istinadən yaydığı xəbərə görə, qapıçı Tolqa Zəngin, müdafiəçi Adriano, yarımmüdafiəçilər Gökhan Törə və Sinzi Kaqava, hücumçu Mustafa Pektemek İstanbul klubunu tərk edib. Sözügedən futbolçularla mövsümün sonunda başa çatmış müqavilə yenilənməyib.

Qeyd edək ki, “Beşiktaş” daha əvvəl kanadalı hücumçusu Kayl Larini Belçikanın “Zulte Varaqem” klubuna icarəyə verib.

Share: