Rumıniya Prezidenti Azərbaycana GƏLİR

Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

“Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək”, – deyə mənbə bildirib.

 

Səfər çərçivəsində dövlət başçıları arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Mənbə

Share: