BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Sentyabr 19 2019

Samuxda ağır qəza: ölən var


Samux rayonunda yol qəzası baş verib.

Report-un məlumatına görə, rayon ərazisində yanacaqdoldurma məntəqəsindən çıxan Samux rayon sakini, 1946-cı il təvəllüdlü İlham Mikayıl oğlu Nəsibovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Nicat İlqar oğlu Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobil ilə toqquşub.

Nəticədə İ.Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Məhərrəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.