Paşinyan Mişustinlə Laçın yolunu müzakirə etdi 

Rusiya və Ermənistan baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında Almatıda görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Mişustin görüşdə bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır: “Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik”.

 

 Paşinyan Rusiyanı Ermənistan üçün təhlükəsizlik sahəsində “əsas tərəfdaş” adlandırıb.

 

Görüş zamanı Laçın yolundakı vəziyyətə də toxunulub.

 

Akif İsmayılov 

 

Mənbə

Share: