Qubada 19 yaşlı oğlanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Rayon Polis Şöbəsində hadisəni törədən sürücü Vaqif Mamadova Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol-nəqliyyat) maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, rayonun Hacıhüseyli kəndində Əliməmmədoba kəndi sakini, 2000-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə təqsirli bilinən Xaçmaz rayon sakini Vaqif Mamadov saxlanılıb. (APA)