Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak maaş artımı tələbi ilə tətilə gedən tibb bacılarına müraciət edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, maaşların artırılmayacağını açıqlayıb.
“Böyük bir maaş artımına getmək istərdim, amma indi olmaz. Səhiyyə sahəsinə ayrılan vəsait digər tibb xərclərinə yönəldilməlidir. Həm də hazırda inflyasiyaya görə sabit qalmaq, stabilliyi qorumaq daha vacibdir. Daha çox həkim və tibb bacısını məşğulluğa cəlb etməliyik”, – deyə o bildirib.
Qeyd edək ki, Sunak baş nazirliyinin 100-cü gününü yaşayır.