Bahalı telefonları almaq məqsədilə talayan şəxs tutuldu

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

 

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunub.

 

Araşdırmalar davam etdirilir.

Mənbə

Share: