Ermənistan 2022-ci ildə 400 milyon dollardan çox almaz ixrac edib

Ermənistan ötən il 400 milyon ABŞ dollarından çox almaz ixracatı həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan “Armenpress”ə müsahibəsi zamanı danışıb.

 

“2022-ci ildə 400 milyon dollar almaz ixrac etmişik. 2021-ci ildə müvafiq rəqəm 175 milyon ABŞ dolları, 2020-ci ildə isə 75 milyon dollar olub”, – deyə nazir bildirib.

 

“Ötən il ilk dəfə zinyət əşyaları ixracatı da 100 milyon ABŞ dollarını ötdü”, – deyə Kerobyan əlavə edib.

Mənbə

Share: