BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Dekabr 6 2019

İsrail çimərliklərində insan üçün təhlükəli olan on milyonlarla meduza yığılıb


Dəniz Tədqiqatları Milli İnstitutundan olan israilli alimlər ölkənin Aralıq dənizi sahilində toplanan meduzaların sayının artmasını müəyyən ediblər. Ekspertlərin sözlərinə görə, bu on milyonlarla onurğasızlar cənubdan şimala bütün sahil boyunca böyük populyasiya ilə hərəkət edir.

AZƏRTAC bu barədə İsrail KİV-lərinə istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, çimərliklərdə onurğalıların insan səhhəti üçün təhlükəli olan iki növü – “Pelagia noctiluca” və “Rhopilema nomadica” növləri bir yerə toplaşıb. Onların buynuzları insan üçün yanıqlar və allergiyanın inkişafı ilə təhlükəlidir. Bundan başqa, meduzalar suya dalayan hüceyrələr buraxırlar ki, bunlar da yanmalara, gözə düşdükdə isə korluğa səbəb ola bilər.

Meduza ilə “təmas”dan yaxa qurtarmaq mümkün olmadıqda, həkimlər bədənin həmin hissəsini sirkəli məhlul və ya limon şirəsi ilə yumağı məsləhət görürlər. Bu cür yanmanı şirin su ilə yumaqla heç nəyə nail ola bilməzsiniz.

İsrailli mütəxəssislər xəbərdarlıq edirlər ki, bu il meduzaların çimərliklərə hücumu iyulun sonunadək davam edə bilər. Onların sözlərinə görə, onurğasızların bu cür davranışında heç bir qeyri-adilik yoxdur. Son illər ərzində meduzalar gözəçarpan dərəcədə artıblar və onların yayılma sahəsi ciddi şəkildə genişlənib.

“Hay-küy üçün heç bir əsas yoxdur. Hazırda meduzaların dalaması səbəbindən heç bir ölüm halı müəyyən edilməyib”, – deyə Dəniz Tədqiqatları Milli İnstitutundan ekoloq Dor Adelist bəyan edib.