
Fransa prezidenti Emmanuel Makron adətən başqasının xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edir.
Modern.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendr RTVI kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, fransız siyasətçi Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Putinə zəng edib.
Xüsusilə Zaporojye AES-dəki vəziyyətin müzakirəsindən sonra Makron Zelenskinin xahişilə Putinə zəng edib.
Ann-Kler Legendr əlavə edib ki, məhz bu zənglər sayəsində MAQATE missiyası Zaporojye AES göndərilib.