
Türkiyənin İstanbul vilayətində zəlzələ hadisəsi qeydə alınıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kağıthane rayonunda olan təbiət hadisəsi Rixter şkalası ilə 3 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 10.7 kilometr dərinliyində yerləşib. Cüzi hiss olunan yeraltı təkan heç bir fəsad törətməyib.