Ukrayna müdafiə naziri istefaya hazırlaşır?

Ukrayna müdafiə naziri istefaya hazırlaşır?

Nə baş verib və onu kim əvəzləyəcək?..

 

“Tərəfdaşların müdafiə nazirliyinə satınalmalarla bağlı sualları var, amma bunlar silahla bağlı deyil…”

 

“Mən Fransada Ukrayna üçün silah uğrunda döyüşürəm, kimsə bu məqamda mənimlə döyüşür…”

 

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ən yaxın zamanlarda istefa ərizəsi yaza bilər, Ukrayna parlamenti isə ona növbəti həftədə baxa bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə hökumət və parlamentdə öz mənbələrinə istinadən Ukraynanın “Liqa” nəşri məlumat yayıb.

 

Reznikovun özü bu məlumatı nə təsdiq, nə də təkzib edib.

 

“Reznikov hələ yayda getmək arzusunda olub, lakin o, Ramştaynla bağlı olub, – nəşrin həmsöhbətlərindən biri deyib. – Müdafiə Nazirliyi ərafında bütün bu qalmaqallar prosesləri yalnız sürətləndirib.

 

Onun sözlərinə görə, Qərb tərəfdaşlarının müdafiə nazirliyinə satınalmalar barəsində sualları olub.

 

“Bunlar silahla bağlı olmayıb, çünki tərəfdaşlar görür ki, burada hər şey yaxşıdır, mənbə izah edir. – Lakin başqa satınalmalarla bağlı suallar var. Vəzifədə olan köhnə kadrlar və şəffaflığın olmaması ilə bağlı da suallar var”.

 

Mənbənin sözlərinə görə, Ukraynaya beynəlxalq hərbi yardımın koordinasiyası üzrə vəzifələrin çoxluğunu nəzərə alaraq, bütün bunların aydınlaşdırılmasına Reznikovun, sadəcə, zamanı çatmaya bilərdi.

 

“Belə bir fikir var ki, bunu bir aydan sonra deyil, indi etmək daha yaxşıdır, – “Xalqın xidmətçisi” partiyasından fraksiya rəhbərliyindən olan mənbə izah edib. – Bir aydan sonra müharibənin aktiv fazası başlayır və o zaman hamımızın başı buna qarışacaq”.

 

“Liqa” Reznikova birbaşa sual ünvanlayıb: “İşdən çıxmaq barədə ərizə yazmağı planlaşdırırmı, yoxsa nazirlərin işdən azad edilməsi və işə təyin olunması barədə parlamentə təqdimat vermək səlahiyyəti olan prezident Vladimir Zelenski bunu ondan xahiş edib?” Lakin Reznikov cavabında deyib ki, Fransada ezamiyyətdədir və orada “Ukrayna üçün silah uğrunda döyüşür”.

 

“Bu məqamda kimsə mənimlə döyüşür, – nazir birbaşa sualdan yayınaraq deyib. – Kimsə, görünür, bunu çox istəyir. Bu zaman mən hərbi müdaxilədən iki ay sonra tabeçiliyimə keçən sistemi ideallaşdırmıram”.

 

Reznikovun mətbuat xidmətində həmçinin cavab verməyə çətinlik çəkilib, məlumat verilib ki, nazirin ezamiyyətdən geri dönməsini gözləyirlər.

 

Ukrayna müdafiə nazirinin tezliklə istefa verəcəyi barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da məlumat verib, bu zaman, onun məlumatına görə, bu, işdən azad edilmə deyil, başqa işə keçmə olacaq.

 

“Reznikovun Ədliyyə Nazirliyinə rəhbərlik edə biləcəyi barədə fəal söhbətlərin getdiyini təsdiq edə bilərəm, – Qonçarenko “Telegram-kanal”ında yazıb. – Reznikovun yerinə kimin müdafiə naziri olacağı isə, hələlik, aydın deyil”.

 

Deputatən ən yeni məlumatına görə, Reznikov Prezident Ofisinə işə keçiriləcək  və Andrey Yermakın müavini təyin ediləcək.

 

Reznikovu Ukraynanın müdafiə naziri postunda kimin əvəzləyəcəyi, hələlik, aydın deyil. Qonçarenko məlumat verib ki, hazırda Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edən Kirill Budanovun namizədliyi nəzərdən keçirilir.

 

Eyni zamanda Rusiyayönümlü separatçı siyasətçi, Ali Radanın sabiq deputatı İlya Kiva Reznikovun artıq istefa verdiyini idfia edib. Lakin, onun versiyasına görə, müdafiə naziri onun idarəsində maliyyə pozuntularına görə vəzifəsindən azad edilib.

 

Ukraynada Aleksey Reznikovun istefası barədə, hələlik, rəsmi məlumat yoxdur.

 

Xəbər verildiyi kimi, fevralın 2-də Aleksey Reznikov bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri uzaqvuran raketlərdən Rusiya ərazisinə zərbələr üçün istifadə etməyəcək. Kiyev məmuru bu barədə Ukrayna hökuməti və Avropa Komissiyasının birgə iclasında bəyan edib.

Mənbə

Share: