Ceyhun Bayramov İrandakı səfirliyə hücumda yaralananları ziyarət etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib.

 

“Bu gün xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2023-cü il tarixində İrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb”, – paylaşımda deyilir.

Mənbə

Share: