“Çexiya ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir”

 

“Çex Respublikası və Azərbaycan arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir”.

Bunu Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik deyib.

“İqtisadiyyat və enerji sahəsində əməkdaşlıq bizim üçün prioritetdir. Çex Respublikası şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qurulmasında iştirak edib”, – səfirin müavini bildirib.

O, bir çox azərbaycanlı tələbənin Çexiya universitetlərində təhsil aldığını nəzərə çatdırıb.

D.Putik vurğulayıb ki, iki ölkə arasında mədəni əlaqələr də inkişaf etdirilir: “Belə ki, Anarın, Cəlil Məmmədquluzadənin əsərləri çex dilinə, ötən il isə Karel Çapekin “Ağ xəstəlik” əsəri Azərbaycan dilinə tərcümə olunub”.

Mənbə

Share: