Abituriyentlər buraxılış vərəqəsini çap edə bilər

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

DİM-ən Milletinsesi.az-a verilən xəbərə görə, fevralın 19-da isə I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Mənbə

Share: