Eli Kohen Türkiyəyə başsağlığı verdi

 

İsrailin XİN başçısı Eli Kohen Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib.

Milletinsesi.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə paylaşım edib.

“İsrail dövləti adından Türkiyənin cənubunda yaşanan zəlzələ səbəbindən türk xalqına dərin üzüntülərimi bildirirəm. Qəlbimiz zəlzələdən zərər görənlərin yanındadır. Bütün XİN-i təcili yardım göstərilməsi ilə bağlı bir proqram hazırlamaq üçün təlimatlandırmışam”, – deyə Kohen qeyd edib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Mənbə

Share: