Bu istirahət mərkəzləri dənizə çirkab axıtdıqları üçün cəzalandırıldı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, növbəti belə tədbir iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib.

Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Share: