
Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurublar.
Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb.
“General (Hikmət – red.) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, – deyə səfir sosial şəbəkə hesabında qeyd edib.