FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb – YENİLƏNİB – VİDEO/FOTO

FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb – YENİLƏNİB – VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Bu barədə FHN məlumat yayıb.

Məlumata görə, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***

10.22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in çevik qüvvələri insanların dağıntılar altından xilas edilməsi əməliyyatlarına başlayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO FHN xilasediciləri Kahramanmaraşda xilasetmə əməliyyatlarına başlayıb, 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - YENİLƏNİB  - VİDEO

Mənbə

Share: