Azərbaycan xalqı Türkiyəyə yardım üçün səfərbər olub

Azərbaycan xalqı Türkiyəyə yardım üçün səfərbər olub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyasına başlanılıb.

 

Modern.az xəbər verir ki, yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir.

 

Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər. Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.

 

Qeyd edək ki, kampaniya qısa müddət əvvəl başlamasına baxmayaraq, yüzlərlə insan qardaş Türkiyəyə yardım üçün səfərbər olub. 

 

 

Mənbə

Share: