
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hatayın İskenderun rayonunda dəniz səviyyəsinin qalxması nəticəsində bəzi küçələri su basıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Mete Aslan Bulvarında sahildən içəriyə doğru təxminən 200 metrlik su hövzələri əmələ gəlib.
Dənizdən gələn su yollara dolub və evlərə çatmayıb.
Yollara axan su isə avtomobillərin hərəkətində çətinlik yaradıb.