İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var”

İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var”

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən dağıdıcı zəlzələlərə görə bir çox ölkə Türkiyəyə axtarış-xilasetmə personalı və yardım göndərib. İtaliya da bu ölkələrdən biridir.

 

Diplomatik korpus bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.

 

“Ümidsizliyin arxasında saysız ümidlər, qaranlığın arxasında çoxlu günəşlər var”, – deyə səfirlikdən bildirilib.

 

Qeyd edək ki, Türkiyə COVID-19 pandemiyası dövründə İtaliyaya göndərdiyi humanitar yardımla bağlı paylaşımında eyni ifadələrdən istifadə etmişdi.

 

Mənbə

Share: