“ABŞ Ukraynaya dəstək verilməsində yekdildir və tələb olunanadək sizinlə birlikdə olacağıq”

“ABŞ Ukraynaya dəstək verilməsində yekdildir və tələb olunanadək sizinlə birlikdə olacağıq”

“Biz Putin təcavüzünə qarşı çıxdıq. Biz Ukrayna xalqının yanında dayandıq…”

 

“Bizim ümumi məqsədimiz qələbədir…”

 

ABŞ Ukraynaya yardım edəcək və tələb olunanadək ona dəstək göstərəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresə illik müraciətində bəyan edib. Onun nitqi Ağ evin mətbuat xidməti tərəfindən dərc edilib.

 

“Mən bu salondan prezident Vladimir Putinin Ukraynaya qarşı özünün qəddar müharibəsini törədəndən cəmisi bir neçə gün sonra çıxış etmişəm.

 

Bu, Avropanın ikinci dünya savaşı dönəmindən bəri düçar olduğu öldürücü hücum, dəhşətli ölüm səhnələri və dağıntılardır”, – o, bəyan edib.

 

Bayden hərbi müdaxiləni “dünya və Amerika üçün əsrin sınağı” adlandırıb.

 

“Biz ən əsas prinsipləri müdafiə edəcəyikmi? Biz suverenliyi müdafiə edəcəyikmi?

 

Biz insanların tiraniyasız yaşamaq hüququnu müdafiə edəcəyikmi? Biz demokratiyanı müdafiə edəcəyikmi?

 

Belə müdafiə bizim üçün çox vacibdir, çünki o, sülhü qoruyur və bizim təhlükəsizliyimiz və çiçəklənməmiz üçün təhlükə törədə biləcək potensial təcavüzkarların meydana çıxmasının qarşısını alır.

 

Bir ildən sonra biz bu suallarım cavabını bilirik. Bəli, biz müdafiə edəcəyik. Bəli, biz bunu etmişik”, – prezident deyib.

 

Onun sözlərinə görə, ABŞ və NATO birləşib qlobal koalisiya yaradıb.

 

“Biz Putin təcavüzünə qarşı çıxdıq. Biz Ukrayna xalqının yanında dayandıq.

 

Bu gün axşam Ukraynanın ABŞ-daki səfiri yenidən bizə qoşulub. O, təkcə öz millətini deyil, həm də öz xalqının igidliyini təmsil edir. Səfir, Amerika ölkənizə dəstəkdə yekdildir. Biz sizinlə tələb olunanadək birgə olacağıq”, – o, deyib.

 

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın liderliyinə görə, Ukraynaya yardıma, bütün Amerika xalqının həmrəyliyinə görə  prezident Baydenə minnətdarlığını bildirib.

 

“Prezident Baydenə millətə müraciətində Ukraynaya güclü dəstək sözlərinə görə minnətdaram. Biz ABŞ-a Ukraynaya yardımda liderliyinə görə, bütün Amerika xalqının həmrəyləyinə görə minnətdarıq və bunu yüksək qiymətləndiririk. 

 

Bizim dəyərlərimiz eynidir, ümumi məqsədimiz qələbədir. Ukrayna öz gələcəyinin seçimində sərbəstdir. Bu, belədir və belə də olacaqdır”, – Zelenski fevralın 8-də özünün “Twitter” səhifəsində yazıb.

Mənbə

Share: