Masallıdakı dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

Masallı rayonu ərazisində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Milletinsesi.az-a açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib. Onun sözlərinə görə, hadisə bu gün səhər saat 07 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib:

“99 LH 458 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən “Kamaz” markalı 10 MG 329 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda faktla bağlı istintaq aparılır”.

 

Share: