Türkiyədə 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətdən üç gün sonra yeraltı təkanların episentri olan Kahramanmaraşda ürəkləri dağlayan xəbər gəlib. Belə ki, hafizlik təhsili alan 21 şagird mədrəsə binasının dağıntıları altında həlak olub.