“İran energetika obyektlərinə daha çox zərər vurması üçün dronları modernləşdirib”

“İran energetika obyektlərinə daha çox zərər vurması üçün dronları modernləşdirib”

“Dronların döyüş başlığına partlayış zamanı daha böyük məsafəyə yayılan metal qəlpələr və zirehi dəlib keçən yüklər əlavə edilib…”

 

İran, ehtimal ki, Rusiyaya tədarük etdiyi döyüş PUA-larını elə modernləşdirib ki, Ukraynanın kritik infrastrukturuna daha çox zərər vursun.

 

Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

 

Nəşr Britaniyanın “Conflict Armament Reseach” təşkilatının hesabatı ilə tanış olduqdan sonra bu nəticəyə gəlib.

 

Bu təşkilat ukraynalı hərbçilərlə birgə ötən ilin oktyabrında Odessada İranın “Shahed” dronunun tapılan döyüş başlığını tədqiq edib.

 

Bu döyüş başıığına dəyişikliklər edilib: istehsalçı partlayış zamanı daha böyük məsafəyə yayılan metal qəlpələr əlavə edib. Bundan başqa, döyüş hissəsinə partlayış effektini gücləndirən və zirehi dəlib keçən 18 kiçik yük əlavə edilib.

 

Döyüş bağlığının belə konstruksiyası elektrik stansiyaları, elektrik xətləri və transformatorlarına düşəndə daha effektli olur. Bundan başqa, belə döyüş başlığı olan dronların düşməsindən sonra zədələnmiş energetika obyektlərinin təmiri daha çətin olur.

 

“Sanki onlar döyüş başlığına baxıb və özlərindən soruşub: “Bunu necə daha dağıdıcə edə bilərik?”, – tədqiqat müəlliflərindən biri Demiyen Spliters konstruktorların mümkün düşüncələrini bölüşüb.

 

O, əlavə edib ki, “Shahed” dronunun döyüş hissəsinin quruluşu əvvəllər başqa cür olub və “konsentrasiya edilən məqsədlər”, məsələn, tanklar və başqa hərbi texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub.

 

Spliters qeyd edir ki, bu dronların istehsalçıları yeni döyüş başlıqlarının məhvedici effektinin artırılması üçün çoxlu səylər göstərib.

Mənbə

Share: