“Müharibəyə biz başlamamışıq, əksinə, onu bitirməyə çalışırıq”

“Müharibəyə biz başlamamışıq, əksinə, onu bitirməyə çalışırıq”

Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəni dayandırmağa çalışır.

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin aviasiya sənayesinin nümayəndələri ilə görüşündə deyib.

“Bir daha demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, əksinə, onu bitirməyə çalışırıq. Bu müharibə 2014-cü ildə Ukraynada millətçilər və onların tərəfdarları tərəfindən dövlət çevrilişi həyata keçirildikdən sonra başlayıb. Ondan sonra Krımda və Donbasda digər hadisələr baş verdi”, – Putin bildirib.

Mənbə

Share: