Türkiyədəki zəlzələ nəticəsində daha beş idmançı həyatını itirdi

Türkiyədəki zəlzələ nəticəsində daha beş idmançı həyatını itirdi

Türkiyədə 7,7 bal gücündə baş verən zəlzələdə daha beş idmançının həlak olduğu öyrənilib.

 

Bu barədə ölkənin Güləş Federasiyası xəbər yayıb.

 

Həlak olan güləşçilərin adları açıqlanıb: Eray Şimşek, Halil İbrahim Edirnə, Hasan Sarıtürk, Ozan Datlı və Ahmet Durman.

 

Qeyd edək ki, bundan əvvəl Kahramanmaraşda idmançıların qaldıqları binanın dağıntıları altından səkkiz  güləşçinin xilas edildiyi bildirilmişdi. Onlardan əlavə, dörd güləşçinin cəsədi çıxarılmışdı.

 

Mənbə: Haber Global

Mənbə

Share: