Türkiyədə xilasetmə zamanı 4 hərbçi həlak olub

Türkiyədə xilasetmə zamanı 4 hərbçi həlak olub

Türkiyədə zəlzələ bölgəsində xilasetmə işlərinə cəlb olunan hərbçilərdən 4 nəfər həlak olub, 54-ü isə yaralanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

O bildirib ki, zəlzələ bölgəsində 25 067 ordu mənsubu çalışır.

 

Nazirin sözlərinə görə, bölgəyə 63 təyyarə və 57 helikopter cəlb olunub, müvafiq olaraq 707 və 710 uçuş həyata keçirilib.

Mənbə

Share: