
“Rusiya son həftələr müharibə başlanandan rekord itkilərə məruz qalıb”
“İşğalçıların itkilərinin artması o cümlədən təlim keçmiş personalın, cəbhədə koordinasiya və resursların çatışmazlığı ilə bağlıdır…”
“Son yeddi günün göstəriciləri 2022-ci ilin iyun-iyul aylarına nisbətən dörd dəfə artıqdır…”
Son iki həftədə rusiyalı işğalçılar Ukraynaya tammiqyaslı hərbi müdaxilənin ilk həftəsindən bəri ən çox itkilərə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə “УНИАН” nəşri yazıb.
Böyük Britaniya Müdafiə Nazirliyi “Twitter”də məlumat verib ki, son yeddi gündə olan göstəricilər 2022-ci ilin iyun-iyul aylarına nisbətən dörd dəfə artıb.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müntəzəm olaraq rusiyalıların itkilərinin həftəlik statistikasını açıqlayır. Britaniya hərbi kəşfiyyatı Ukraynanın metodologiyasını yoxlaya bilməz, meyllər, məlumatlar, ehtimal ki, dəqiqdir.
Son yeddi gündə orta göstərici gün ərizində 824 qurban təşkil edib, bu da 2022-ci ilin iyun-iyul aylarına nisbətən dörd dəfə artıqdır”, – Britaniya analitikləri qeyd edib.
Onların fikrincə, işğalçıların itkilərinin artması, ehtimal ki, bir sıra amillərlə, o cümlədən təlim keçmiş personalın, cəbhədə koordinasiya və resursların çatışmazlığı ilə bağlıdır. Buna misal olaraq Uqledar və Baxmutu göstərmək olar.
Baş Qərargahın məlumatına görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri daha 900 rusiyalı işğalçını məhv edib. Düşmənin ümumi döyüş itkiləri 137 780 nəfər təşkil edib.
Ukrayna Müdafiə Aviasiyası son sutka ərzində rusiyalı işğalçıların toplaşdığı rayonlara 19 zərbə, həmçinin zenit-raket komplekslərinin mövqelərinə iki zərbə endirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat verib ki, rusiyalı işğalçılar artıq öz “böyük hücumuna” başlayıb, lakin bu hücumun “böyük problemləri” var.