Zəlzələnin 155-ci saatında Antakyada əqli qüsurlu gənc xilas edilib

Zəlzələnin 155-ci saatında Antakyada əqli qüsurlu gənc xilas edilib

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Hatayın Antakya rayonunda 23 yaşlı əqli qüsurlu Hüseyn Seferoğlu dağıntılar altından xilas edilib.

Zəlzələdən zərər çəkən Antakyada axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Zəlzələnin 155-ci saatında əqli qüsurlu olduğu bildirilən 23 yaşlı Hüseyn Seferoğlu Jandarma Axtarış-Xilasetmə qruplarının səyləri ilə dağıntıları altından xilas edilib.

Səhiyyə personalına təhvil verilən Seferoğlu müalicə altına alınıb.

Türkiyədəki zəlzələnin 155-ci saatında Antakyada əqli qüsurlu gənc dağıntılar altından xilas edilib - FOTO

Mənbə

Share: