Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək buradan 389,6 mlrd. kubmetr qaz hasil olunub.
Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 204,6 mlrd. kubmetr, “Şahdəniz”dən isə 185 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 mlrd. kubmetrə yaxın həcmi ixraca nəql edilib”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 mmlrd. kubmetri “Şahdəniz”dən, 0,8 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 mln. kubmetr artımla qaz hasil edilib.