“Bavariya” Cengiz Ünder üçün danışıqlara başladı

Cengiz Ünder bu yay “Roma”dan ayrıla bilər.

Qol.az-ın “Kicker”ə istinadən yaydığı xəbərə görə, “Bavariya” Türkiyə millisinin üzvü ilə maraqlanır. Münhen klubunun 21 yaşlı yarımmüdafiəçi üçün artıq danışıqlara başladığı vurğulanıb.

Qeyd edək ki, 2017-ci ildən İtaliya təmsilçisində oynayan C.Ünder indiyə kimi 65 matçda 14 qol vurub, 13 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Share: