“Riyakarlığa bir baxın! Solovyov Qərb paytaxtlarını bombalamağa çağırış edir, oğlu Londonda reklam çarxlarna çəkilir…”
”Ata Solovyovun İtaliyanın Komo gölündə iki villası, dağlarda evi və gölün sahilində daha bir evi var…”
Məşhur Kreml təbliğatçısı Vladimir Solovyovun 21 yaşlı oğlu Daniil Solovyov atasının nifrət etdiyi Londonda model işləyir, bu zaman onun vətənpərvər ovqatlı atası bu məlumatı reklam etmir.
Moderator.az xəbər verir ki, bu barədə Amerika yazıçısı, siyasi texnoloq və siyasi ekspert Ceyson Smart özünün “Twitter” səhifəsində yazıb. Məlumatı “Ekspress-qazeta” nəşri yayıb.
Bundan başqa, Ceyson Smart Daniil Solovyovun müxtəlif illərdə-işdə və həyatda, o cümlədən atası ilə çəkdirdiyi fotoşəkilləri dərc edib. Fotoşəkillərin birində oğul Solovyov zərif qara kostyumdadır, onun uzun saçları və əllərində qara manikürü olub. Belə obrazı ona dəbdə olan rusiyalı dizayner Vlad Lisovetsə məxsus “Kontora” brendinin reklam çəkilişi üçün stilistlər yaradıb.
“Riyakarlığa bir baxın! – Smart hiddətlənib. – Daniil Solovyov Londonda model işləyir (görünür, ananın genləridir). Vladimir Solovyovun Ukraynada müharibəyə çağırış etməsinə rəğmən, o, nə bu barədə, nə də həmçinin çağırışdan boyun qaçıran və həmçinin Böyük Britaniyada təhsil almış böyük oğlu barədə xatırlatmağı lazım bilmir”.
Ana genlərini xatırlatmaqla, post müəllifi Solovyovun üçüncü arvadı, məşhur satirik yazıçı Viktor Koklyuşkinin qızı Elqa Seppin gənc yaşlarında manekenlikdən qazanmasına eyham vurub. Onun portfoliosunda həmçinin Vlad Staşevskinin musiqi kliplərində və “Moralnıy kodeks” (“Mənəvi kodeks”), “Ne svelo” (“Gətirmədi”) və “Krematori” qruplarında iştirakı var.
Ceyson Smatın postu istifadəçilər tərəfindən şərh edilib, 1, 7 milyon baxış yığıb.
Sosial şəbəkələrdə dərhal Daniil Solovyovun digər fotoları da üzə çıxıb və istifadəçilər tərəfindən heç də həmişə cavan oğlanın qadın paltarında, makiyaj və manikürdə olması yaxşı qarşılanmayıb.
Xarici agent kimi tanınan və oğlu təqibin qurbanı olan radiojurnalist Aleksey Venediktov oğul Solovyova hücum etməməyə çağırış edib.
“Mənim oğlum priqojonlər və malofeyevlər tərəfindən açıq şəkildə mənə, atasına görə təqib edilib, lakin mən bu praktikanı heç cür təqdir edə bilmirəm. Hamının övladı var”.
Bundan öncə xəbər verilib ki, Rusiyada daşınmaz əmlakla yanaşı, kollektiv Qərbin fəal tənqidçisi Vladimir Solovyovun İtaliyanın Komo gölündə iki villası, dağlarda evi və gölün sahilində daha bir evi var. 2019-cu ilin oktyabrda rusiyalı şoumen Qarik Xarlamov “Comedy Club” şousunun efirində teleaparıcı Vladimir Solovyovun İtaliyadakı villası barədə bir kuplet ifa edib:
“Balaca bir evdir, rus sobasıyla,
Rus kitabları və rus şamlarıyla,
Burada nə var ki, bu, Solovyovun
Komo gölündəki evidir onun!”
2009-cu ildən o, İtaliyada oturuma, özü və Elqa Seppdən olan övladları üçün vergi rezidenti statusuna malikdir.
Proqramlarının birində Solovyov Avropa paytaxtlarına raket zərbələri endirməyə çağırış edib: “Berlin, Paris, London və Brüssel bizim raketlərimizin zərbələrindən od tutub yanmağa hazırdırmı? Bəs, lazım gələrsə, taktiki nüvə silahından istifadə etsək necə?”.