Keçmiş diplomat ABŞ Prezidenti olmaq istəyir 

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.

 

Cənubi Karolinanın keçmiş qubernatoru və Donald Tramp dövründə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi olan 51 yaşlı Heyli “nəsil dəyişikliyi” üçün çağırış edib və həm xaricdən, həm də daxildən olan düşmənlərə qarşı mübarizə aparacağına söz verib.

 

Xatırladaq ki, sabiq dövlət başçısı Donald Tramp da prezidentliyə namizəd olmaq niyyətindədir. ABŞ mətbuatının yaydığı məlumata görə, hazırkı dövlət başçısı Co Bayden ikinci dəfə prezident olmaq istəyir.

 

Akif İsmayılov 

Mənbə

Share: