205 saat sonra axilas edilən Ayşegül 

Türkiyənin Kahramanmaraş bölgəsində axtarışlar davam edir.

 

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, zəlzələnin 205-ci saatında daha bir nəfər dağıntılar altından xilas edilib.

 

Qadını xilas etmək üçün qruplar təxminən 5 metrlik tunel açıb.

 

35 yaşlı Ayşegül Bayıra ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov 

 

Mənbə

Share: