Türkiyə, Azərbaycan və Şimali Kipr yardım kampaniyasına BAŞLAYIR

Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək ürək” adı altında yardım kampaniyasına başlayır.

 

Modern.az xəbər verir, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

 

O qeyd edib ki, hər üç ölkənin televiziyalarında ortaq yayımla həyata keçiriləcək kampaniya saat 20:00-da başlayacaq.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub.

Mənbə

Share: