Klaar Mirzoyanın Türkiyə səfərindən YAZDI

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Türkiyəyə səfərini şərh edib.

 

Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.

 

“Bu, ehtiyacı olan qonşusuna dəstək olmaq üçün verilmiş qərardan sonra tarixi səfərdir. Ümidvaram ki, bu səfər Türkiyə-Ermənistan əlaqələrində gələcək inkişafın xəbərçisi olar”, – deyə Klaar qeyd edib.

 

Xatırladaq ki, Mirzoyan bu gün Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək və Ermənistanın göndərdiyi axtarış-xilasetmə qrupunun üzvləri ilə görüşəcək. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da onu qəbul etməsi gözlənilir.

Mənbə

Share: