Baxmut şəhərinin müdafiəsinin təşkili əks-hücuma mane olmur, əksinə kömək edir.
Modern.az xəbər verir ki, bu barədə ISW-nin təhlilində qeyd olunub.
Ekspertlərin rəyinə görə, Qərb Ukraynanın Baxmutu saxlamaq qərarlılığından narahatlıq keçirir və hesab edir ki, Ukrayna qüvvələri eyni vaxtda həm onu müdafiə edə, həm də yaz əks-hücumunu hazırlaya bilməz. Bununla bağlı Ukrayna əks-hücum əməliyyatına üstünlük verməyə çağırılıb.
Lakin analitiklər hesab edirlər ki, Qərb bu məsələdə yanılır və Ukrayna Silahlı Qüvvələrinin addımları bir-birini inkar etmir.
“Ukraynanın Baxmutun müdafiəsi əhəmiyyətli dərəcədə Rusiya qüvvələrinin zəifləməsinə səbəb oldu və çox güman ki, Ukraynanın gələcək əks-hücumu üçün əlverişli şərait yaradacaq”, – deyə təhlildə vurğulanıb.