Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə “Armenpress” yazıb.
***
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfər sabah, fevralın 15-də baş tutacaq. Mirzoyan Adıyamanda zəlzələ bölgəsinə baş çəkəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.
Səfər zamanı Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Akif İsmayılov