Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin ilk partiyası bu gün Türkiyəyə təslim edilə bilər.
Milletinsesi.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, iyulun 8-də Moskvada sistemlərin yük təyyarəsinə yüklənməsi prosesi başa çatıb. Bildirilib ki, yük təyyarələri bu gün axşam saatlarında Tverdəki hərbi hava bazasından Türkiyəyə yola salınacaq.
Əlavə edək ki, ABŞ Türkiyəni Rusiyadan “S-400” raketləri aldığına görə sanksiyalarla təhdid edir.