Dövlət İmtahan Mərkəzi (DİM) növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixlərini açıqlayıb.
Modern.az xəbər verir ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib.
Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
12 mart |
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
30 aprel |
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
7 may |
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
14 may |
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
14 may |
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
18 iyun |
• Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı • Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı |
18 iyun |
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
18 iyun |
Doktorantura (danışıq bloku) |
23-25 iyun |
Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
19 iyun |
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
30 iyul |
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
13 avqust |
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
3 sentyabr |
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
3 sentyabr |
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
17 sentyabr |
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
8 oktyabr |
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
8 oktyabr |
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
12 noyabr |
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
12 noyabr |
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
12 noyabr |
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
26 noyabr |
Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı |
10 dekabr |

17 dekabr |
Doktorantura (danışıq bloku) |
17 dekabr |