Tehran rəhbərliyi diplomatiya və müzakirə qapısını sonuna qədər açıq saxlayıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.
“Nüvə müqaviləsinə tərəf ölkələrin bu fürsətdən yaxşı istifadə etməsinə ümid edirik. Bu şəkildə arzu edilən hədəfə çata və nüvə müqaviləsinin tam olaraq həyata keçirilməsini təmin edə bilərik”, – Ruhani deyib.