Zelenski ilk dəfə Krımla sərhəddə

Zelenski ilk dəfə Krımla sərhəddə

Ukrayna prezidenti Vladimir Zelenski ölkəyə rəhbərlik etdiyi müddətdə ilk dəfə Krımla sərhəddə yerləşən Çonqar nəzarət-buraxılış məntəqəsinə səfər edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun adminstrasiyasının saytında bildirilib.

Ukrayna liderinin komandası qeyd edib ki, Zelenski 2014-cü ildən bu günədək nəzarət-buraxılış məntəqəsini ziyarət edən ilk Ukrayna prezidenti olub.

Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin yazında keçirilən referendum əsasında Rusiya Federasiyasının tərkib hissəsinə çevrilib. Bunu həmin vaxt əhalinin 96 %-dən çoxu dəstəkləmişdi.

Share: