Türkiyədə növbəti ZƏLZƏLƏ

Türkiyənin Bingöl vilayətində zəlzələ hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, təbiət hadisəsi vilayətin Genç rayonunda baş verib. Rixter şkalası ilə 4.4 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 9 kilometr dərinliyində yerləşib.

 

İtki və dağıntılar barədə məlumat yoxdur.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

 

Mənbə

Share: