“Ölkəni şüurlu surətdə tərk edənlər ictimai məkandan çıxmalıdır, onları rahat buraxın…”
“Çətinliklər xalqımızı həmişə bərkidib, mən öz prezidentimlə və ölkəmizlə fəxr edirəm…”
Prodüser Priqojin Puqaçovanı rahat buraxmağa çağırış edib və Putinin çıxışı zamanı yuxulayanlardan hiddətə gəlib…
Rusiyanın mədəniyyət və incəsənət xadimləri Putinin çıxışını şərh edib
Moderator.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşri yazıb.
“Orada zalda yatan adamlar göstərilib, niyə yatırsınız ki? İnstitutda olduğu kimi, hamı dərsdədir, amma heç kim ev tapşırığını icra etmir, buna yol vermək olmaz”, – Priqojin deyib.
O, “Dom-2” televiziya proqramlarının populyarlaşdırılması nəticəsində ölkədə “küt nəsil” tərbiyə olundunu deyib.
“Kiçik misal gətirim. Valeriya, Larisa Dolina, Polina Qaqarina müğənnilərdir. Onlar musiqidə təsadüfi adamlar deyil, biliklərə, təhsilə, mədəniyyətə malik peşəkarlardır, onlar nələrisə öyrədə bilər.
“Dom-2″-dən olan adamlar bizə nə öyrədəcək? Biz onları populyarlaşdıranda və onlara stavka etməyə cəhd göstərəndə, küt cəmiyyət tərbiyə edirik. Bizə isə ağıllı, intellektual cəhətdən inkişaf etmiş, təhsilli insanlar gərəkdir”, – prodüser deyib.
O, həmçinin ölkəni tərk edənlərə əhəmiyyət verməməyi tövsiyə edib: “Onları baltalamaq lazım deyil. Prezident “əcinnə ovu”ndan danışıb axı. Ölkəni şüurlu surətdə tərk edənlər və bir çox şeylərdən narazı olanlar ictimai məkandan çıxmalıdır. Biz elə hey Qalkinlə Puqaçovanı müzakirə edirik. Onlara nədən toxunuruq? Onları rahat buraxın”.
“Prezidentin təmkinliyi, onun heç bir təhqirsiz, dartışmasız, isterikasız nitqi qürurvericidir. Çöx gözəl təsir bağışlayır, sağlam düşüncə sərgiləyir. Sovet İttifaqında yaşamış adamlar yaxşı xatırlayır, Siyasi Büro üzvləri ağızlarını açıb aydın danışa bilməyib. Bu miqyasda natiq dünyada mən görməmişəm.
Mən prezidentin ifadə etdiyi hər bir sözün altından imzamı atıram. Mənim üçün vətəndaş kimi vacibdir ki, tribunadan o cümlədən parlamentarilərə səslənən müraciət isra edilsin. Zalda iştirak edənlərin hamısı Putinin dediklərini icra etməlidir”, – Priqojin vurğylayıb.
Nəşr Rusiya prezidentinin çıxışından təsirlənən bir neçə mədəniyyət və incəsənət xadimlərinin də şərhinə yer ayırıb.
“Mənim xüsusilə çıxışın bu hissəsi xoşuna gəlib: “Nə zamansa mən sizə xəbərdarlıq etmişdim ki, pullarınızı xaricdə saxlamayın, orada yaxtalar və saraylar almayın”. Belə də olub. Bu, mənim üçün müraciətin ən yaxşı hissəsidir”, – bunu aktyor Stanislav Sadalski deyib.
“Mənim üçün xüsusi hərbi əməliyyatın öncəki tarixçəsi və səbəblərini eşitmək vacib olub. Tarixi motivasiya mükəmməldir. Publikanın Donbasa nasistlərin terroruna və heç nəyə baxmayaraq Rusiya ilə bir olmaq seçiminə alqış etməsi çox təsirli olub”, – bunu müğənni İrina Şvedova deyib.
Müğənni Anita Tsoy “növbəti dəfə qorxmaz prezidentin müdrikliyinə, ardıcıllığına və gücünə əmin olub”: “Onunla və ölkəmizlə fəxr edirəm. Çətinliklər həmişə xalqımızı bərkidib.
Qəribə də olsa, tarixən ən mürəkkəb zamanlarda ölkəmiz nəinki sağ qalıb, həm də öz inkişafında sıçrayışlar edib. Biz çox şeyləri anlamışıq və çox şeyləri öyrənmişik. Dərinə getmək- iqtisadi təsisatları gücləndirmək, Rusiyanın istehsalını qaldırmaq, elmi, təhsili, mədəniyyəti inkişaf etdirmək zamanı yetişib”.