ABŞ Rusiyaya MDB ölkələrinə də təsir edəcək sanksiya elan etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı MDB ölkələrinə də təsir edəcək yeni sanksiyalar elan edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  ABŞ, Aİ və digər ölkələrin gələcək sanksiyaları Rusiyanın ikili təyinatlı malların alışı ilə bağlıdır.

 

Bildirilib ki, buraya soyuducu və ya mikrodalğalı soba kimi cihazların idxalı da daxildir.

 

“İndi belə idxal Moskvaya silah üçün lazım olan yarımkeçiricilərə çatımlılıq imkanı verir. Hazırda sanksiyalara baxmayaraq, Rusiya hakimiyyəti paralel idxal deyilən yolla özlərinə lazım olan istənilən məhsulu ala bilir və bir çox MDB ölkələri bu prosesdə fəal iştirak edir”, – deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Azərbaycan da MDB üzvüdür və sanksiyaların dolayı olaraq təsirinə məruz qala bilər.

Mənbə

Share: