Britaniya olaraq artıq ukraynalı dostlarımıza dəstək verməyə sadiq olduğumuz, bu məsələdə sarsılmayacağımız bəyan etmişik. Və yalnız Britaniya deyil, dünyanın müxtəlif ölkələri Ukraynaya dəstək verir.
Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, Putinin dünənki çıxışı göstərdi ki, o, hələ də müharibəni davam etdirmək istəyir, o bizi qorxutmaq qətiyyətimizi qırmaq istəyir. Lakin biz bu məsələdə qətiyyətliyik və anlayırıq ki, sülh nail olmağın ən yaxşı yolu öz torpaqlarını azad etmək üçün Ukraynaya dəstək verməkdir və biz bunu etməyə davam edəcəyik”.
Nazir Britaniyanın Ukraynaya döyüş tanklarını verəcəyini bildirib və bu istiqamətdə işlərin davam etdiyini, ukraynalı hərbçilərin Britaniyada, ABŞ-da təlim keçdiyini xatırladıb.
“Biz həmçinin minlərlə ukraynalı hərbçiyə müttəfiqlərimizlə birgə təlim keçmişik və bu davam edir. Biz həmçinin Ukraynaya əhəmiyyətli humanitar yardım göstəririk. Milyonlarla insan Ukraynada müharibədən və onun nəticələrindən əziyyət çəkir. Biz həmçinin, Ukraynada müharibə cinayətləri törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq tərəfdaşlarımızla, Haaqa məhkəməsi ilə çalışırıq”, o deyib.